Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
7Times.az Lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərindən birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək məqsədilə qaçırıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:
“Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.
Follow @7timesaz