Türkiyənin Balıkəsir şəhərinin Edremit rayonunda dünən günorta saatlarında toyuq dönəri satışı ilə məşğul olan müəsisədə dönər yeyən 13 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.
7Times.az “Haber Global”a istinadən xəbər verir ki, Edremit Dövlət Xəstəxanasında aparılan yoxlamalar zamanı müraciət edənlərə qida zəhərlənməsi diaqnozu qoyulub.
Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya gələn 13 nəfərin toyuq dönəri yediyi müəyyən edilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Follow @7timesaz