Dünya

Qazaxıstan Taman portuna neft nəqlini dayandırdı – Dron zərbələri terminalın işini pozub

Qazaxıstan Taman portuna neft nəqlini dayandırdı – Dron zərbələri terminalın işini pozubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qara dənizdəki Taman portuna daşınmasını qadağan edəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyinə Qazaxıstanın dövlət dəmir yollarından bildiriblər. Qadağanın səbəbləri və müddəti açıqlanmayıb. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb.

Xəbərdə bildirilir ki, mayın 3-dən neftin Taman portuna daşınmasını Rusiya Dəmir Yolları şirkəti də dayandırıb. Bu qərar Taman portunda neft məhsulları çənlərindən birində yanğın baş verəndən sonra qəbul edilib. Yanğının 1200 kvadratmetr sahəni əhatə etdiyi xəbər verilir.

Mayın 3-də Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki neft çənində yanğın baş verib. Regionun qubernatoru Veniamin Kondratyev bildirib ki, yanğına dronun düşməsi səbəb olub. Xəritə məlumatlarına görə bu qəsəbənin yaxınlığında Taman portu və Tamanneftqaz şirkətinin neft anbarları yerləşir. RBK xəbər verir ki, neft məhsullarının daşınma üçün yüklənməsi buradakı kompleksdə həyata keçirilir. Taman portu Kerç körpüsünün bilavasitə yaxınlığında yerləşir. Terminal işini dayandırmayıb.

Taman portundakı terminal ildə 20 milyon ton xam neft, neft məhsulları və maye qaz buraxmaq gücünə malikdir. Ötən il Qazaxıstan Taman portu vasitəsilə 1 milyon ton mazut və 230 ton maye qaz ixrac edib. Üç treyder agentliyə bildirib ki, terminal neft məhsulları və maye qazın buraxılışını davam etdirir. Buna baxmayaraq terminalda çox sayda qatarların yığıldığı deyilir.

Treyderlər ümid edirlər ki, vəziyyət mayın 8-dək stabilləşəcək və qadağan aradan qaldırılacaq.