Dünya

Serbiyada ölüm hökmü bərpa oluna bilər – Vuçiçdən TƏKLİF

Serbiyada ölüm hökmü bərpa oluna bilər – Vuçiçdən TƏKLİFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç Belqradın Mladenovac bələdiyyəsi yaxınlığında baş vermiş, 8 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə bağlı planlaşdırılmamış mətbuat konfransı keçirib.

 

7Times.az  Serbiyanın “Telegraf.rs” mətbuat orqanına istinadən xəbər verir ki, Vuçiç ölüm hökmünün bərpası barədə danışıb.

“Bu səhər mən baş nazirə təklif etdim ki, biz ölüm hökmünü bərpa edək. Mən də əvvəllər ölüm hökmünün əleyhinə olmuşam. Belə bir siyasi mövqeyə malik olduğum üçün çox təəssüflənirəm”, – Vuçiç deyib.

 

Mətbuat konfransı zamanı Vuçiç şübhəlinin bu səhər həbs olunarkən geyindiyi köynəyin simvolizmini də izah edib.

 

“Üzərində “Generation 88 tour” sözləri və cənub-qərbi Avropanın bir hissəsinin xəritəsi çap olunmuşdu. Mladenovac yaxınlığında insanları öldürən canavar Hitlerə ehtiram əlaməti daşıyan köynək geyinmişdi. Əclaf. Əgər bilmirsinizsə, “Generation 88 tour” Hitlerə salamdır. Həbs olunarkən o, təkrar təhqirlər səsləndirdi”, – Serbiya prezidenti söyləyib.