Ermənistan bəyanatlarında və siyasətində balanssızdır.
7Times.az xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bəzi hallarda müsbət bəyanat, sonra isə tamamilə əks hərəkət görürük. Təəssüf ki, istədiyimiz səmimiyyəti görmürük. Ermənistan-Azərbaycan-Türkiyə əməkdaşlığı daha çox Ermənistanın maraqlarından irəli gəlir.
Zəlzələ zamanı gəlib kömək etdilər. Xarici işlər naziri Ankaraya gəldi və biz ona təşəkkür etdik. Amma indi diplomatlarımızı öldürənlərə abidə qoyublar. Biz jest etdik, hava sərhədimizi açdıq, amma indi bağladıq. Paşinyanın təyyarəsi də daxil olmaqla, VİP təyyarələr üçün də qapadıldı”, – Çavuşoğlu əlavə edib.
Follow @7timesaz