Əgər indiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi.
Ölkə.az xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, həmin zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb.
Nazir, eyni zamanda, türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb:
“Biz öz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (TDT üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”.
Follow @7timesaz