Moskvada 22 yaşlı gənc 6-cı mərtəbənin pəncərəsindən yıxılıb.
Bu barədə “İzvetsiya” məlumat yayıb.
Məlum olub ki, kirayədə yaşayan şəxs spirtli içki qəbul edib və başqa otaqda yaşayan 15 yaşlı qonşusuna baş çəkmək qərarına gəlib.
“Qadın gecə yarısına az qalmış evə gəlib və ev tapşırığını yarımçıq qoyduğuna görə oğlunu danlamağa başlayıb. Otaqda sərxoş qonşu var idi. O, noutbuku onun əlindən alıb pəncərədən atıb”.
Oğlan noutbuku xilas etmək üçün onun arxasindan özünü atıb.
Yıxılma nəticəsində moskvalının qolu sınıb və beyin silkələnib, o, xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Follow @7timesaz