Dünya

Münaqişə tərəfləri Kiyev və Moskva deyil – Ərdoğanın sözçüsü 

Münaqişə tərəfləri Kiyev və Moskva deyil – Ərdoğanın sözçüsübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı qüvvələri Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdır.

 

7Times.az  xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “HaberTürk”ə müsahibəsində deyib.

 

Onun fikrincə, münaqişə tərəfləri Moskva və Kiyev deyil, Rusiya və Qərbdir. Kalın bu qarşıdurmanı “yeni soyuq müharibə” adlandırıb.

 

“Hazırda beynəlxalq konyuktura sülhdən daha çox müharibənin tərəfindədir. Aparıcı qüvvələr müharibənin davam etdirilməsinin tərəfdarlarıdır”, – Ərdoğanın sözçüsü bildirib.

 

Kalın qeyd edib ki, Ankaranın böhrandan çıxmaq üçün təklifləri var. Hazırda hakimiyyət bunun üzərində işləyir və bu məsələ ilə bağlı “perspektivlər var”.

 

Türkiyə prezidentinin nümayəndəsi taxıl müqaviləsinin uzadılmasına ümid edir: “Mən taxıl müqaviləsinin uzadılmasına ümid edirəm, bununla bağlı şanslar var. Bu istiqamətdə lazımi səylər göstərilir”.