Dünya

İlin sonuna kimi… – Kissincerdən Ukrayna ilə bağlı PROQNOZ

İlin sonuna kimi… – Kissincerdən Ukrayna ilə bağlı PROQNOZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsü 2023-cü ilin sonunadək danışıqlar prosesinin başlanmasına səbəb olacaq.

 

7Times.az  xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 illik yubileyi ərəfəsində CBS telekanalına müsahibəsində deyib.

 

“İndi Çin danışıqlar prosesinə daxil olduğu üçün hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real danışıqlardan söhbət edə biləcəyik”, – deyə Kissincer bildirib.

 

Siyasətçi “ABŞ prezidenti xahiş etsəydi, Vladimir Putinlə danışıqlar üçün Moskvaya gedərdinizmi?” sualını da cavablandırıb. Kissincer prezidentin müşaviri statusunda gedə biləcəyini qeyd edib.

 

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.