Milli.Az xəbər verir ki, tanınmış müğənni Samirə Yusifqızının müğənni qızı Fərəh moderator.az-ın suallarını cavablandırıb.
– Fərəh xanım, siz tanınmış müğənnimiz Samirə Yusifqızının övladısınız. Adətən sənətdə olan şəxslər övladının onun sənətini davam etdirməsini heç vaxt arzulamır. Bəs sizdə necə oldu?
– Mən artıq iki ildir ki, sənətdəyəm. Təbii ki, anamın dəstəyi ilə bu sahəyə gəlmişəm. Anamın dəstəyi olmasaydı mümkün deyildi. Mən ilk addımlarımı atanda, ilk mahnımı çıxaranda anam mənə kömək etdi. Anam sənətkardır, ilk dueti də onunla oxudum. Yaxşı ki, o mənim anamdır. Allaha çox şükürlər edirəm! Sözün düzü, anam əvvəlcə müğənni olmağımı istəmirdi. Daş atıb, başını tuturdu, deyirdi ki, “müğənni olmağına mane olacam”. Sonradan gördü ki, çox iddialıyam, bu işi sevirəm. Səhnə mənim üçün çox müqəddəsdir. Səhnəyə çıxanda elə bilirəm ki, dünya mənimdir. Özümü rahat hiss edirəm. Anam da bütün bunların hamısını görüb, mənə dəstək olur. Hər zaman yanımdadır.
– Müğənni çoxdur, hamısının da bir məqsədi var. Bəs sizin sənətə gəlməkdə əsas məqsədiniz nədir?
– Uğurlar əldə etmək, gözəl və böyük səhnələrdə yer almaq istəyirəm. Sənətdə yüksəlmək ən böyük arzumdur. İnsanların sevgisini qazanıb, əlçatmaz olmaq istəyirəm. İstəyirəm hamı desin ki, “kaş Fərəh xanımı görüb, onunla şəkil çəkdirə bilsəydim”.
– Efirlərə çox az-az çıxırsınız. Buna səbəb nədir?
– Sözün düzü, həmişə efirlərə anamla birlikdə çıxıram. Tək çıxmamışam. Dəvət edəndə də həmişə anamla birgə çağırdıqları üçün gözləyirəm ki, anam Rusiyadan gəlsin. Bir neçə verilişdən dəvət var, yenə də anamı gözləyirəm.
– Samirə xanım ana kimi çoxmu tələbkardır?
– Hər bir işində çox tələbkardır. Kənardan bəlkə də elə görünmür, amma hər bir işində məsuliyyətli olmağı sevir. Dediyini o dəqiqə etməliyəm. Etməsəm o dəqiqə artıq başqa cəza növlərinə keçir (gülür). Sənətə gələndə də aramızda çox söz-söhbət oldu. Deyirdi ki, illərdir sənətdəyəm, hər bir insanın içüzünü görmüşəm. Səni gözü götürməyənlər çox olacaq, ayağının altını qazacaqlar. Mən çox saf, səmimi olduğum üçün anam məni həmişə qoruyub. Özü bu çətinliyi görmüşdü deyə mənim çətinlik görməyimi istəmirdi. Mənim heç kimə paxıllığım yoxdur, heç kimin pisliyini istəmirəm. Hamının yaxşı gününə sevinirəm. Dünən adlı-sanlı insanların məclisində idim, bir-neçə müğənnini özüm dəvət etmişdim ki, gəlib öz çörək pullarını qazansınlar. Düşünürəm ki, bu yaxşılığı edirəmsə, Allah özü mənim qarşıma bunu çıxaracaq.
– Hər şey ananızın dediyi kimi oldu?
– Mən bunu bu gün həqiqətən də görürəm. Üzümə gülüb, maskalanan insanlar çoxdur. Saflığımdan istifadə etmək istəyirlər. Gözləmədiyim insanlardan nələr görürəm. Ayağımın altını qazmaq istəyirlər, amma alınmır. Şükür Allaha şüurum, savadım var. Qoymaram ki, kimsə məni əzsin. Əzilmərəm, əzərəm.
– Müğənnilikdən əvvəlki sənətiniz nə idi?
– Mənim əsas sənətim proqramistdir. Çox güclü proqramistəm. Kompyuter və telefonu söküb-yığıram. Bir çox nüfuzlu yerlərdə çalışmışam. Sonunda beynim yoruldu, ona görə də o üzrə işləmədim.
– Ananız sizi və qardaşınızı tək böyüdüb. Daha çox nədə əziyyət çəkmisiz?
– 6 yaşım olanda atam rəhmətə gedib. 6 yaşımdan bu günə qədər atasızlığın nə olduğunu bilmirəm. Çünki, Allaha şükürlər olsun ki, anam bizə həm ata, həm də ana olub. Atalılardan da yaxşı böyümüşəm. Atalıların yemədiyini mən yemişəm, gəzmədiyini gəzmişəm, geyinmədiyini geyinmişəm. Anam həyatı boyu qoymayıb ki, biz çətinlik çəkək. Heç bir çətinlik görməmişəm. Ona görə də bu gün çətinlik görəndə biz az pis oluram.
– Qazancınız nə yerdədir?
– Bu sənətə qazanc üçün gələnlər daha çoxdur. Amma mən sənət üçün gəlmişəm. Qazancı da Allah yetirir. Çox şükür, yaxşı qazanıram.
– Samirə xanım həm də meyxanaçıdır. Bu sahədə tək qadın meyxanaçı olduğu üçün bir müddət ona da təzyiqlər oldu. O zamanlar ananıza necə dəstək oldunuz?
– Mən anamı həmişə dəstəkləyirəm. Mənim anam böyük sənətkardır, Azərbaycanda bir-iki söz ehtiyyatı olan müğənni varsa onlardan ən birincisi mənim anamdır. Bunu bir çox müğənnilər də deyər. Anam 12 dildə mahnı oxuyur. Bunu kim bacarır? Heç kim! Anam müğənnidir, meyxana onun xobbisidir. Xanım meyxanaçılardan da birincidir. Heç kişi meyxana deyənlər onunla bacarmır, nəinki qadınlar.
Follow @7timesaz