“Azərbaycan şou-biznesində kişilər arasında meqastar, ulduz yoxdur. Miri Yusifi sənətkar kimi qəbul etmirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Yaşar Cəlilov “Salamlar” verilişində qonaq olarkən deyib. Sənətçi Azərbaycan şou-biznesində meqastar hesab etdiyi məşhurlardan söhbət açıb:
“Mənim üçün Azərbaycanda bir ulduz var – Röya Ayxan. Onu insan, müğənni kimi dünyalar qədər sevirəm. Röyanın sənətini də çox sevirəm. Kişi müğənnilərdən isə Eyyub Yaqubov və İlqar Muradovu ulduz hesab edirəm.
Azərbaycan şou-biznesində kişilər arasında meqastar, ulduz yoxdur. Miri Yusifi kimsə sənətkar kimi qəbul etməyə bilər, bu, hər kəsin şəxsi fikridir. Mən də onu sənətkar kimi qəbul etmirəm. İfaçıdır. O da zalı doldurur”.
Aparıcı Fariz İlyasın “Xalq artisti Faiq Ağayev illər əvvəl ard-arda konsert verərək, rekord qırıb. Onu meqastar kimi nəzərə almırsan?” – sualına müğənni “İndi zalı doldurur? Konsert versin, görək, zalı doldurursa, o zaman sualınıza cavab verəcəyəm” – deyə, cavab verib.
Follow @7timesaz