Dünya

Ümid edirəm ki, Türkiyədəki seçkilərə xarici müdaxilə olmaz – Lavrov

Ümid edirəm ki, Türkiyədəki seçkilərə xarici müdaxilə olmaz – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mühüm açıqlamalar verib.

 

7Times.az “Sputnik”ə istinadən xəbər verir ki, o, Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskva görüşü zamanı çıxış edib.

 

XİN başçısı bildirib ki, Türkiyə və Suriya arasındakı əlaqələrin normallaşdırılması Suriya böhranını həll etmək üçün yeni fürsətlər təmin edəcək.

 

“Qaçqınların Suriyaya təhlükəsiz və könüllü qayıdışını asanlaşdırmaq çox vacibdir. Gələcək XİN başçıları toplantısının keçirilməsi üçün yol xəritəsi hazırlanacaq”, – nazir bəyan edib.

 

“Ümid edirəm ki, Türkiyədəki seçkilərə xarici müdaxilə olmaz”, – deyə Lavrov əlavə edib.