Dünya

Türkiyə Baş Prokurorluğu prezidentliyə namizədin bu paylaşımına görə araşdırma başlatdı

Türkiyə Baş Prokurorluğu prezidentliyə namizədin bu paylaşımına görə araşdırma başlatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Memleket Partiyasının sədri, Prezidentliyə namizəd Muharrem İncenin paylaşımları ilə bağlı araşdırma başladılıb.
7Times.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Baş Prokurorluğu Muharrem İnceyə aid olduğu iddia edilən sosial media paylaşımı ilə bağlı araşdırma başladıb

Baş Prokurorluğunun açıqlamasında deyilir:
Respublika Baş Prokurorluğu tərəfindən aparılan açıq mənbə araşdırmasında Memleket Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncenin 10.05.2023-cü il tarixində tviter sosial şəbəkəsində paylaşdığı yazıda “Bu ölkənin 45 gündür saxta qəbz, saxta sənəd və saxta videolarla böhtan ataraq araşdırma aparan jurnalistləri hanı? Bu ölkənin prokurorları hanı? Rəzil terrorçular, onların yalanlarını yayanlar, inananlar, sui-qəsd məhkəmələri zamanı nə baş verdiyini xatırlamırsınızmı? Ömrümün sonuna qədər əclaf terrorçularla mübarizə aparacağam” açıqlaması 5271 saylı Cinayət-Prosessual Məcəlləsinin “Cinayətin törədildiyini öyrənən dövlət ittihamçısının vəzifəsi” adlı 160-cı maddəsi ilə Türkiyə Baş Prokurorluğu tərəfindən şübhəlilər barəsində 2023/107442 saylı şantaj, hədə-qorxu və 2 saylı Türk Cəza Məcəlləsində tənzimlənən sənəd saxtakarlığı maddələri üzrə istintaqa başlanılıb.
AZXEBER.COM