Dünya

Lazım gələrsə, dünyanı yerlə bir edərik – Ərdoğan 

Lazım gələrsə, dünyanı yerlə bir edərik – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz seçki gününə qədər çox çalışmalıyıq. Millətimiz ürəyində verdiyi qərarı mayın 14-də seçki məntəqələrində əks etdirəcək”.

7Times.az  “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri və “Cümhur İttifaqı”nın dövlət başçısı postuna namizədi Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada keçirdiyi mitinqdə deyib.

“Bəziləri bizi xüsusilə seçki dönəmində ortamı gərginləşdirməkdə ittiham edir, amma terror təşkilatlarının bu ölkəni necə sınağa çəkmək istədiyindən danışmaq istəmirlər. Bizim sevgimiz kimi qəzəbimiz də millətimizin mənafeyi üçündür. Biz bunu terrorla mübarizədə nümayiş etdirmişik. Ölkəmizin, millətimizin mənafeyinə görə lazım gələrsə dünyanı yerlə bir edərik. Bu seçkilərdə hər cür sərtliyi qəbul edirik, amma çirkinliyin əleyhinəyik. Burada çirkinləşən tərəf uduzacağını anlayan tərəfdir”, – R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.