Bir neçə gündür şəxsi həyatı ilə bağlı yayılan xəbərlərlə gündəmdən düşməyən müğənni Günel Zeynalova Türkiyədə məkanların birində səhnəyə çıxıb.
7Times.az axşam.az-a istinadən xəbər verir ki,sənətçinin Mayami gəzintisindən paylaşdığı şəkillər, yazdığı şərh müzakirələrə səbəb olmuş və onun keçmiş nişanlısı, iş adamı Reza Zərrabla barışdığı iddia edilmişdi. Türkiyədə mediada bununla bağlı xəbərlər yazılsa da, Günel sualları cavabsız qoyub.
İfaçı səhnədən yayımladığı fotolarına “Ən sevdiyim yerdəyəm. Möhtəşəm gecədən qalanlar. Bizimlə həmin gecə çox əylənənlər buradadır?” sözlərini yazıb.
Paylaşımın altından isə Günelə Reza ilə bağlı suallar ünvanlanıb.
Qeyd edək ki, Günel əvvəllər Reza Zarrabla nişanlı olub. İş adamı Günelə müğənni Ebru Gündeşlə xəyanət edib və onunla evlənib. Bu səbəbdən uzun illərdir ifaçılar arasında küsülülük var.
Ebru ilə Rezanın da evliliyi uzun çəkməyib, onlar boşanıblar. Ebru müğənni Hadisənin Reza ilə münasibətdə olduğu iddia edildikdən sonra onlar arasında da qalmaqal yaşanıb.
Follow @7timesaz