Dünya

Blinken və Kuleba Ukraynanın əks hücuma hazırlığını müzakirə ediblər

Blinken və Kuleba Ukraynanın əks hücuma hazırlığını müzakirə ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə günü telefon danışığı zamanı Ukraynanın əks hücuma hazırlığını müzakirə ediblər.

APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller danışıqlardan sonra bildirib.

“Blinken və Kuleba Ukraynanın əks-hücum əməliyyatına davam edən hazırlığı, o cümlədən beynəlxalq tərəfdaşların töhfəsinin onun uğuruna necə töhfə verə biləcəyini müzakirə etdilər. Katib Blinken qeyd edib ki, Ukraynanın suverenliyi Avropada sülh və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir və ABŞ-ın Rusiyanı məsuliyyətə cəlb etmək öhdəliyini bir daha təsdiqləyib, prezident Baydenin Ukraynanı lazım olan müddət ərzində dəstəkləmək vədini vurğulayıb”, – diplomat bildirib.