İdman

“Neftçi”də rəhbər şəxslə baş məşqçi yumruq davasına çıxdı – YENİ QALMAQAL!

“Neftçi”də rəhbər şəxslə baş məşqçi yumruq davasına çıxdı – YENİ QALMAQAL!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Neftçi»də növbəti qalmaqal baş verib.

Əsas komandada olduğu kimi, akademiyada da işlər qaydasında getmir.

Burada əməlli-başlı intizamsızlıq hökm sürür. Ən pisi də odur ki, klubun imicinə xələl gətirən hallara yalnız futbolçular və sıravi əməkdaşlar yol vermir.

Rəhbər şəxslər və məşqçilər də neqativ hadisələrin mərkəzində gəlir.

Son belə hadisə akademiyanın koordinatoru Elşad Əhmədovla U-17 komandasının baş məşqçsi Rəşad Hüseynov arasında yaşanıb.

Belə ki, «Qarabağ»la keçirilən oyundan sonra «ağ-qaralar»ın paltardəyişmə otağında aləm bir-birinə dəyib. Bakılılar matçın gedişində 4:0 önə keçib və bu üstünlüyü əldən verib.

«Neftçi» yalnız son saniyələrdə daha bir qol vurub və qələbə qazanıb. Bu zaman iki komandanın futbolçuları arasında dava düşüb və baş hakim hər tərəfdən bir nəfərə qırmızı vərəqə göstərib.

Elşad Əhmədov bu hadisədən qəzəblənib və final fitinin ardından baş məşqçiyə öz sərt etirazını bildirib.

Rəşad Hüseynov ona cavab qaytarıb və belədə, ikili arasında mübahisə əlbəyaxa davaya çevrilib. Yaxınlıqdakı şəxslər və futbolçular onları bir-birindən güclə ayırıb.

Hadisəyə klubun idman direktoru Zaur Əzizov da qarışıb. Olanlardan xəbər tutan idarəçi Əhmədovla Hüseynovu kabinetinə çağırıb və danlayıb.

SPORTİNFO.AZ