Nyu-Yorkda səsgücləndirici vasitəsi ilə ABŞ-ın hazırkı prezidenti Donald Trampı dəstəklədiyini bəyan edən polis işçisi tutduğu vəzifədən azad edilib.
“Report”un məlumatına görə, bunu şəhər polis idarəsinin rəisi Dermot Şi özünün tvitter səhifəsində bildirib.
O qeyd edib ki, polis məvacibi ödənilmədən xidmətdən kənarlaşdırılıb:
“Hüquq-mühafizə orqanlarının işçiləri siyasətdən kənar olmalıdır. Qanun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq edilir”.
Qeyd edək ki, polis əməkdaşı xidməti avtomobildə quraşdırılan səsgücləndirici vasitəsi ilə “Tramp 2020” şüarı səsləndirib.
Follow @7timesaz