“Sabah seçki qutusuna sahib çıxaq. Bir səs bu qardaşınıza, bir səs Cümhur İttifaqına. Biz nə lazımdırsa edəcək və birinci turda işin bitməsini təmin edəcəyik”.
7Times.az xəbər verir ki, bunu İstanbulda seçicilər qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı Ümraniyedə vətəndaşlara müraciət edərək deyib ki, biz 14 may seçkilərinə ölkəmizin gələcəyini, millətimizin nailiyyətlərini, dövlətimizin hədəflərini qoruduğumuz demokratiya bayramı kimi baxırıq.
“Nə qədər ki, biz bir yerdəyik, Allahın izni ilə koalisiya masasını darmadağın edəcək, terror və sələmçi kürsüsünü əzəcəyik”, – deyə o əlavə edib.
Follow @7timesaz