Dünya

Abdullah Gül seçki ilə bağlı sualları cavablandırdı

Abdullah Gül seçki ilə bağlı sualları cavablandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin sabiq dövlət başçısı Abdullah Gül prezident və parlament seçkilərində səs verib.

 

7Times.az  Türkiyə mediasına istinadən xəbər verir ki, o, xanımı Hayrünnisa Gül ilə birlikdə İstanbul şəhərində yerləşən seçki məntəqələrinin birində səs verib.

Səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran sabiq dövlət başçısı A.Gül bildirib ki, demokratiyanın ən vacib anı xalqın iradəsini ortaya qoymasıdır: “Türkiyə zaman-zaman xalqın iradəsinə müraciət edib. Bu gün vətəndaşlıq vəzifəmizi bu formada icra etdik. İnşallah, nəticə xalqımız üçün xeyirli olar. Səsvermənin sakit və qarşılıqlı hörmət mühitində keçməsini arzulayıram”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.