İngiltərə Premyer Liqası “Çelsi”nin sahibi olan rusiyalı iş adamı Roman Abramoviçi yerli hökümətin tətbiq etdiyi sanksiyalara görə onu klub rəhbərliyindən kənarlaşdırıb.
Bu qərar London təmsilçisinin matçlarda iştirakına və məşqlərinə təsir etməyəcək.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin “Çelsi”nin bank hesabı bloklanıb.
Follow @7timesaz