İqtisadiyyat

Abramoviçin biznesi bir funt-sterlinqə satılacaq

Abramoviçin biznesi bir funt-sterlinqə satılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı biznesmen Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara bir funt-sterlinqə (2,13 manat) satılacaq.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

Qeyd olunur ki, Abramoviç şirkətin səhmlərinin 23%-nə sahibdir, qalan hissəsi isə onun tərəfdaşları Aleksandr Abramov və Aleksandr Frolova məxsusdur. “Truphone” 2020-ci ildə 410 milyon funt-sterlinq (təqribən 874 milyon manat) dəyərində qiymətləndirilib, Abramoviç və tərəfdaşları biznesə 300 milyon funt-sterlinqdən (639,5 milyon manat) çox sərmayə qoyublar. Satış qərarı Britaniya və Avropa ölkələrinin iş adamına qarşı sanksiyalar tətbiq etməsindən sonra verilib.

Məsələ ilə tanış olan insanların sözlərinə görə, sövdələşmə iyunda bağlanacaq. “Truphone”un yeni sahibləri alman iş adamı Hakan Koç və onun biznes ortağı Pirros Kussios olacaq. Koç səhmlərin 90%-nə, Kussios isə 10%-nə sahib olacaq.

Qəzetin mənbələri həmçinin qeyd ediblər ki, biznesin hazırkı sahibləri şirkətə on milyon funt-sterlinqdən çox sərmayə yatırmaq və digər müqavilə öhdəlikləri götürüblər (Məsələn, onlar borclarını, həmçinin şirkətin mülkiyyət strukturunu təhrif etdiyinə görə 660 min dollar (1,122 milyon manat) cəriməni ödəyəcəklər).

Mənbələr əlavə edirlər ki, əgər biznes gəlirli olarsa və dəyərini artırarsa, o zaman hazırkı sahiblər ilkin investisiyanın üçdəbirinə qədərini alacaqlar. Lakin bu müddət ərzində Abramoviç sanksiyalar altında qalsa, pulu almayacaq.