ABŞ Almaniyadan çıxarılan hərbçiləri ilə bağlı qərar verdi

ABŞ Almaniyadan çıxarılan hərbçiləri ilə bağlı qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Almaniyadan çıxarılan qoşunlarını digər Avropa ölkələrinə yenidən yerləşdirmək niyyətindədir”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Quru qoşunlarının komandanı Rayan Makkarti bildirib.

Komandan qeyd edib ki, Almaniyada 34 000-dən çox hərbçi yerləşdirilib: “Onlardan təxminən, 10 mini Avropada digər hərbi birləşmələrə yerləşdiriləcək. Bu, NATO tərkibindəki müttəfiqlərin gücünü daha da qüvvətləndirəcək”.

Rayan Makkarti əlavə edib ki, belə olan halda müttəfiqlərlə çiyin-çiyinə dayanıqlıq hər hansı bir təhdidi dəf edəcək.

Xatırladaq ki, ABŞ Müdafiə Naziri Mark Esper 29 iyul tarixində 11 900 ABŞ hərbçisinin Almaniyadan çıxarılacağını bəyan etmişdi. Nazir onlardan təxminən, 6.4 mininin vətənə dönəcəyi, 5.6 mininin İtaliya və Belçikaya köçürüləcəyi, 25 mininin isə Almaniyada qalacağını bildirmişdi.