ABŞ İranın İsrailə potensial hücumu ilə bağlı narahatlıqların artdığı bir vaxtda Hərbi Dəniz Qüvvələrinin sualtı qayığını və bir neçə esminesini bölgəyə göndərib.
7Times.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən bir müdafiə rəsmisi bildirib ki, “USS Laboon” adlı hərbi gəmi Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə yol aldıqdan sonra bölgəyə gəlib.
Qeyd olunub ki, “USS Ruzvelt” və “USS Bulkeley” esminesləri və “USS Wasp”, “USS Oak Hill” və “USS New York” gəmilərinin daxil olduğu üç gəmidən ibarət amfibiya əməliyyat qrupu da artıq regiondadır.
“AzPolitika.info”
Follow @7timesaz