“ABŞ yaxın günlərdə İrandan İsrailə qarşı kütləvi silsilə hücumlara hazırlaşır”.
7Times.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Onun sözlərinə görə, Tehranın hücumu bu həftə gözlənilir:
“Biz bunu çox yaxından izləməyə davam edirik. İndiki məqamda hücumun İrandan, yoxsa onun proksilərindən gələcəyini, bunun necə görünə biləcəyini dəqiq söyləmək çətindir, lakin bunun əhəmiyyətli silsilə hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq. Buna görə də biz son bir neçə gündə bölgədəki gücümüzü və imkanlarımızı artırdıq”.
Follow @7timesaz