ABŞ lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin eyni zamanda da ona qarşı yeni intriqalar hazırlayır.
7Times.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının Qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən bayram tədbirləri zamanı deyib.
Prezident qeyd edib ki, Tramp anti-İran siyasəti yürüdür: “Tramp davamlı olaraq İranla danışıqlara hazır olduğunu deyir. Bununla yanaşı, o, daha çox anti-İran qəsdli fərmanlar imzalayır. ABŞ İranı diz çökdürməyi ancaq xəyal edə bilər”.
Follow @7timesaz