ABŞ Federal Aviasiya Administrasiyası qəzadan sonra “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın şirkətinə “Falcon 9” raketlərinin buraxılışını qadağan edib.
7Times.az xəbər verir ki, bu barədə Administrasiyanın qəza aktında məlumat verilib.
Federal Aviasiya Administrasiyası, iyulun 11-də Kaliforniyadakı Vandenberq kosmik bazasından fəzaya buraxılan “SpaceX Starlink” missiyası zamanı baş vermiş insidentdən xəbərdardır. Problem raketin kosmosda olarkən yuxarı pilləsinin sıradan çıxması ilə bağlıdır. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Administrasiya faktı araşdırmaya çağırır”, – bəyanatda deyilir.
Eyni zamanda, qurum qəzaya görə bu modelin yük raketlərinin uçuşlarının dayandırılmasına qərar verib.
Qeyd edək ki, iyulun 11-də “SpaceX”in “Falcon-9” daşıyıcı aparatı texniki nasazlıq səbəbindən Starlink peyklərinin növbəti partiyasını orbitə çıxara bilməyib. Mövcud vəziyyətə baxmayaraq, SpaceX 20 peykdən beşi ilə əlaqə qura bilib.
Follow @7timesaz