Dünya

ABŞ-da hoteldə 16 nəfər huşsuz vəziyyətdə tapılıb

ABŞ-da hoteldə 16 nəfər huşsuz vəziyyətdə tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ohayo ştatının Merisvil şəhərindəki hotellərdən birində ən azı 16 nəfər huşsuz vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar hovuzun yaxınlığındakı ərazidə aşkarlanıb. Həmin şəxslərdən 14-ü dərhal xəstəxanaya yerləşdirilib. Daha iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

İlkin məlumatlara görə, huşunu itirənlərdə boğaz yanğısı və başgicəllənmə kimi simptomlar olub.

Hadisənin səbəbləri araşdırılır.

(oxu.az)