Dünya

ABŞ-da Ukraynaya maliyyə ayrılması ilə bağlı suallar var – Peskov

ABŞ-da Ukraynaya maliyyə ayrılması ilə bağlı suallar var – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-da “daha ​​çox siyasi isteblişmentin nümayəndəsi” Ukraynaya yardımın effektivliyinə şübhə edir.

 

7Times.az  xəbər verir ki, bundan əlavə, Dmitri Peskov Rusiyanın öz məqsədlərinə çatana qədər davam etdəcəyini dilə gətirib.

 

“Birləşmiş Ştatlarda daxili debatlar və daxili proseslər davam edir; getdikcə daha çox siyasi isteblişment nümayəndələri, yəqin ki, onların pullarının, amerikalı vergi ödəyicilərinin pullarının hara xərclənməsi ilə bağlı fundamental sualla maraqlanırlar. Keçən il Kiyevə ayrılan astronomik məbləğlər səmərəli xərclənibmi”, – deyə Peskov brifinqdə bildirib.

 

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-dan Ukraynaya yardımın çatdırılmasının müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı. Konqres tərəfindən maliyyələşdirmənin təsdiqlənməsi ilə bağlı danışıqlar davam edərkən hərbi yardımın tədarükü dayandırılacaq.

 

“Bloomberg” mənbələrinin məlumatına görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə silahlı münaqişənin aparılması üçün daha konkret planla bağlı sual qaldıracaq.