Dünya

ABŞ-da yüz minlərlə təqaüdçünün şəxsi məlumatları oğurlanıb

ABŞ-da yüz minlərlə təqaüdçünün şəxsi məlumatları oğurlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun ayında fayl ötürmə vasitəsi olan “MOVEit Transfer”dəki boşluqdan istifadə edilərək kiberhücum təşkil olunub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Kaliforniya Dövlət İşçilərinin Təqaüd Sistemi açıqlama yayıb.

Məlumata görə, sözügedən kiber hücumda 769 min ABŞ vətəndaşının şəxsi məlumatları ələ keçirilib. Bura – ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.

İlkin ehtimallara görə, “MOVEit”-ə qarşı kiber hücum rus xakerlər tərəfindən həyata keçirilib.