Dünya

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

ABŞ-dan İrana qarşı yeni sanksiyalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

7Times.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken özünün “Twitter” səhifəsində məlumat verib.

 

O qeyd edib ki, sanksiyalar İranın pilotsuz uçuş aparatları istehsal edən şirkətini əhatə edib.

 

“Bu gün ABŞ İranın pilotsuz uçuş aparatları proqramında iştirak edən “Paravar Pars”ın idarə heyətinin 8 üzvünə sanksiya tətbiq edib”, – Blinken bildirib.

 

O əlavə edib ki, ABŞ Rusiyanın Ukraynada müharibə aparmaq üçün ümidsiz cəhdlərini məhdudlaşdırmağa davam edəcək.