ABŞ Milli Təhlükəsizlik komitəsinin üzvü Mayk Doran Xüdafərin körpüsündən paylaşım edib.
7Times.az xəbər verir ki, belə fiqurların strateji nöqtlərdə şəkil çəkdirməsi baş verəcək hadisələrin anonsu kimi də qiymətləndirilir:
– Yeni münaqişə ocağı;
Daha əvvəl də xəbər verdiyimiz kimi Cənubi Qafqazın qaynar nöqtəyə çevrilməsi Qərbin çoxdankı planıdır. II Qarabağ savaşı isə Qərb güclərinin niyyətlərinə ən yaxın 6 həftə olub. Lakin Bakı bütün təhdidləri nəzərə alaraq atəşkəs haqqında üçtərəfli bəyanata imza atdı. Əks halda, Azərbaycan torpaqları daxildən separatçı-rus, cənubdan fars, qərbdən erməni-rus hücumlarının məngənəsində boğulacaqdı. Türkiyənin müdaxiləsi ilə regiona NATO-nun da gəlişi nağdlaşır. Nəticədə Bakıya sərf eləməyən atəşkəs imzalanır, Naxçıvan, Zəngəzur, Arazboyu zonada, Qarabağda rus və NATO sülhməramlıları yerləşdirilir. Belə deyək, Suriya ssenarisi!
– İranın sonunun başlanğıcı;
Mayk Doran Xudafərin körpüsünü İranın parçalanmasına gedən yol kimi də nəzərdə tuta bilər. İrandakı iğtişaşların molla rejimini devirə bilməsi isə hər gün daha real görünür. Futbol üzrə dünya çempionatının İngiltərə-İran matçında fanatların etirazlara dəstəyi, ölən aksiyaçılara ehtiram əlaməti olaraq futbolçuların fars himnini oxumaması Xomeyni-Xamenei quruluşundan qurtuluşun sevinc susqunluğu idi. Mayk Doranın Xudafərin fonunda gülümsəməyi sanki Tehrana pıçıldayırdı ki, “onsuz da parçalanacaqsınız”. Yəni İrandakı rejimin devrilməsi, fars işğalçılığının haqlı şəkildə 4-5 yerə parçalanması dəqiqdir. Bircə aydınlaşdırmaq qalıb:
• Buna etirazlarla nail olunsun, yoxsa müharibələrlə?
Follow @7timesaz