“Aleksey Navalnı həbsdə ölərsə, bunun Rusiya üçün nəticəsi olacaq”.
7times.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan deyib.
“Biz Rusiya hökuməti ilə Navalnının başına gələnlər haqqında danışdıq. Bildirdik ki, Navalnı ölərsə, buna görə Rəsmi Moskva məsuliyyət daşıyacaq”.
Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb. Bir müddət əvvəl o, güclü öskürək, yüksək hərarət və sürətli çəki itirmə səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, sabah Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Aleksey Navalnı ətrafında vəziyyəti müzakirə edəcəklər. qafqazinfo.az
Follow @7timesaz