Dünya

ABŞ-dan YENİ İDDİA: “Rusiya 2014-cü il ssenarisini təkrarlamaq istəyir”

ABŞ-dan YENİ İDDİA: “Rusiya 2014-cü il ssenarisini təkrarlamaq istəyir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 2014-cü ildə Krımda istifadə etdiyi eyni üsullardan istifadə edərək Ukraynanın bəzi ərazilərini ilhaq etməyi planlaşdırdığı iddia olunub.

7Times.az  bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi danışıb. O, Rusiyanın bunun üçün zəmin yaratmağa başladığını irəli sürüb. Qurum rəsmisi sentyabrda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində ölkəyə birləşməsi üçün “saxta” referendumun keçirilə biləcəyini söyləyib:

 

“Heç kimi aldada bilməzlər. Vladimir Putin 2014-cü il ssenarisini yenidən həyata keçirməyə hazırlaşır. Rusiya Ukraynadakı işğal olunmuş ərazilərin idarəçiliyinə qanunsuz olaraq rusiyapərəst insanları gətirib. Bu şəxslər Rusiyanın ilhaqına zəmin yaradacaq referendumun hazırlanması ilə məşğul olurlar. Referendum nəticələri müstəqil Ukrayna ərazilərinin Rusiyaya birləşməsinə bəraət qazandıracaq. Lakin bu ölkə planlarını deşifrə edib. Dünya görəcək ki, ilhaq cəhdi əvvəlcədən düşünülmüş, qanunsuzdur”.

Rusiyanın işğal etməyi planlaşdırdığı bölgələrin Donetsk, Luqansk, Xerson və Zaporijjya olduğunu ifadə edən Kirbi, ABŞ və müttəfiqlərinin belə bir vəziyyətə tez reaksiya verəcəyinə söz verib: “Məcburi ilhaq BMT nizamnaməsinin ciddi şəkildə pozulması olardı və biz bunun şübhəsiz cəzasız qalmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, Kreml Kirbinin açıqlamalarına hələ ki, cavab verməyib.