ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq

ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.

7Times.az xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunacaq xidmət iyunun 13-də baş tutacaq.

Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.