Noyabr ayında ABŞ-də baş tutacaq prezident seçkiləri ilə bağlı əsas mübarizənin Respublikaçıların namizədi Donald Tramp ilə Demokratlar Partiyasının namizədi Kamala Harris arasında keçəcəyi artıq məlumdur.
7times.az xəbər verir ki, bu iki namizədlə bağlı keçirilən son sorğu nəticələrinə görə, Harris əsas rəqibi Trampdan 3 xal öndədi.
Belə ki, ABŞ-nin “NPR” radiosu, “PBS” televiziyası və Marist Kollecinin birgə keçirdiyi sorğuya əsasən Harris 51, Tramp isə 48 faiz səsə malikdir.
Sorğuda iştirak edən respondetlərin 52 faizi immiqrantlarla bağlı məsələdə Trampın Harrisdən daha yaxşı mövqedə olduğunu düşünür. Bundan əlavə, ABŞ seçicilərinin 51 faizi Harrisdən çox Trampın Yaxın Şərqdəki gərginliyi daha yaxşı idarə edəcəyinə inanır.
Digər tərəfdən, “Wall Street Journal” nəşrinin keçirdiyi sorğu da qeydə Harrisin dəstəkçilərinin artdığı bildirilir.
“AzPolitika”
Follow @7timesaz