Serbiya Prezidenti Aleksandar Vucic hesab edir ki, ABŞ-də keçirilən prezident seçkiləri ya sülh, ya da müharibənin davamını gətirəcək. Bu isə üçüncü dünya müharibəsinə çevriləcək.
7Times.az xəbər verir ki, Serbiya Prezidenti “BSC happy” portalına müsahibəsində deyib: “Ola bilər ki, bu seçki sülh gətirəcək və ya müharibənin davamı olacaq ki, bu da bizi üçüncü dünya müharibəsinə aparacaq”.
Vuçiçin sözlərinə görə, o bu seçkilərdə konkret kimin qalib gələcəyinə əmin deyil, çünki namizədlər arasında fərq azdır. “Tramp son üç gündə Kamala Harrisdən daha yaxşı, çox uğurlu kampaniya apardı. Lakin son üç gündə düşünmürəm ki, işini yaxşı gördü. Düşünürəm ki, o, qələbəyə bir az daha yaxın idi. Amma mən ona da əminəm ki, Kamala daha çox səsə sahib olacaq… Mən artıq Trampın ideyasının nə olduğunu təxmin edə bilirəm. Rusiya ilə Çini strateji bir şəkildə ayırmaq ağıllı fikirdir, lakin çətindir”.
Follow @7timesaz