Dünya

ABŞ-dən Yəmənə növbəti ZƏRBƏ

ABŞ-dən Yəmənə növbəti ZƏRBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi pilotsuz uçuş aparatları olub.

 

7Times.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

“Martın 16-da saat 21:00-dan 22:30-a qədər “CENTCOM” Yəmənin Husilərin nəzarətində olan bölgələrində 5 dron və bir PUA məhv edib”, – məlumatda deyilir.

 

Bildirilir ki, sözügedən dronlar və PUA bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.