Dünya

“ABŞ Əfqanıstanın bərpası ilə bağlı öhdəlikləri üzərinə götürməlidir” – Putin

“ABŞ Əfqanıstanın bərpası ilə bağlı öhdəlikləri üzərinə götürməlidir” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Əfqanıstanın bərpasında maliyyə öhdəliklərini öz üzərinə götürməli olduqlarını deyib.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda  Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə Kreml sarayında görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Berdiməhəmmədovla görüşdə Əfqanıstandakı vəziyyəti də müzakirə edən Putin bu ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib:

“Bizim qəti ortaq fikrimizə görə, ABŞ və müttəfiqləri Əfqanıstanın yenidən qurulması, əsas da maliyyə öhdəliklərini üzərilərinə götürməlidirlər. Onların 20 illik mövcudluğu ölkəni kritik həddə çatdırdı”.

 

Putin Moskva formatı üzrə məsləhətləşmələr çərçivəsində Əfqanıstan məsələsi üzərində işi davam etdirməyə hazır olduqlarına diqqət çəkib.