ABŞ əfqanlara humanitar yardım məqsədilə 64 milyon dollar vəsait ayıracaq.
7Times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Bu gün mən fəxrlə bildirirəm ki, ABŞ təxminən 64 milyon dollarlıq yeni humanitar yardım ayırıb. Bu yeni vəsait BMT-nin, o cümlədən Qaçqınların işi üzrə Ali Komissarlığın, ÜST-ün, beynəlxalq QHT-lərin işinə dəstək olacaq”, – deyə Linda Tomas-Qrinfild bildirib.
Follow @7timesaz