ABŞ Ermənistanı tamamilə özünə tabe etdirmək məqsədi güdür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu açıqlama yayıb.
“Etibarlı məlumatlar bir daha inandırır ki, Birləşmiş Ştatlar qondarma demokratikləşməni tətbiq etmək planlarından əl çəkmir, Ermənistanı tamamilə tabe etmək məqsədi güdür.
Lakin digər ölkələrdə və regionlarda oxşar təcrübələr bu planların dağıdıcı olduğunu göstərib. Yaxın Şərqdə, Latın Amerikasında və Afrikada bunun çoxlu nümunələri var.
Ən çox diqqət çəkən isə Ukraynanın hazırkı vəziyyətidir.
Amerikalılar İrəvanın qondarma demokratik yoldan çıxmasının qarşısını necə almağı düşünürlər. Onlar çıxış yolunu öz sübut olunmuş əlaltıları ilə Ermənistanda fəaliyyət göstərən “layiqincə etibarlı” olmayan hakimiyyət vertikalını “gücləndirməkdə” görürlər. ABŞ-dəki qlobalist demokratikləşmə dairələrində bunlar Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın “Xristian-Demokrat Partiyası” partiyaları hesab olunur.
Qərbyönümlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmalarını təmin etmək üçün onların siyasi “raskrutkası” artıq başlayıb”, – RF Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Follow @7timesaz