Dünya

ABŞ federal hakimləri Tramp dövründə daha çox təhdidlərlə üzləşirlər

ABŞ federal hakimləri Tramp dövründə daha çox təhdidlərlə üzləşirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Amerika lideri Donald Trampın qərarlarını bloklayan federal hakimlər onun tərəfdarlarından çoxsaylı təhdidlər almağa başlayıblar və təhlükəsizlik xidmətlərini özləri idarə etmək istəyirlər.

7Times.az xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Mart ayında Vaşinqtonda keçirilən qapalı iclasda 50-yə yaxın hakim yeni Amerika administrasiyasının siyasətinə zidd olan qərarlara görə üzləşdikləri təhlükələri müzakirə edib.

Xüsusilə, qəzetin yazdığı kimi, onlarla hakim və onların qohumları təhdid paketləri və bomba hədələri alıb, naməlum şəxslər Trampın doğuşdan vətəndaşlığın ləğvi ilə bağlı fərmanının qarşısını alan hakimin iqamətgahına xüsusi polis qüvvələri çağırıb.

ABŞ Ali Məhkəməsinin özünün təhlükəsizlik xidməti var və digər federal hakimləri Ədliyyə Departamentinin nəzarətində olan Marşal Xidməti tərəfindən qorunur. Hakimlər qorxurlar ki, Trampa tabe olan Ədliyyə Nazirliyi onların təhlükəsizliyini ləğv edə bilər, çünki onlar Amerika liderinin siyasətlərinin həyata keçirilməsinə mane olurlar.