Dünya

ABŞ generalının terrorçularla görüşü: Suriyada nə planlaşdırılır?

ABŞ generalının terrorçularla görüşü: Suriyada nə planlaşdırılır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandiri general Maykl Erik Kurillanın Suriyada PYD/YPG terror təşkilatının üzvləri ilə görüşdüyü ortaya çıxıb.

7Times.az  Publika.az-a istinadla xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında qeyd olunur.

Kurilla Suriyaya səfər edib və bölgədəki amerikalı əsgərlərlə yanaşı, “Suriya Demokratik Qüvvələri” adı altında fəaliyyət göstərən PYD/YPG terrorçuları ilə də görüşüb. Rəsmi açıqlamaya görə, bu görüşün məqsədi İŞİD-in yenidən canlanmasına qarşı mübarizə aparmaqdır.

Kurilla Suriyanın şimal-şərqində yerləşən 40 mindən çox insanın olduğu düşərgələrə də baş çəkib. Bu düşərgələrdə qalan insanarın İŞİD-lə bağlantısının olduğu deyilir. Bununla yanaşı, amerikalı general İŞİD-ə qoşulmuş və həbs edilmiş 50 ölkədən 9 mindən çox məhbusun qaldığı həbsxanaları da ziyarət edib. Kurilan bildirib ki, İŞİD-in həbs edilən əcnəbi üzvlərinin ölkələrinə qayıdışını təmin etmək məsələsi müzakirə olunur.