Siyasət

ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirir

ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb və ölkənin strateji kursunu dəyişəcəyinə ümid edir.

7Times.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq”, – o bildirib.

Bundan əvvəl Pentaqon keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.