Xəbər verdiyimiz kimi, ABŞ əsgəri dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyaya qaçıb.
“AzPolitika.info” xəbər verir ki, hazırda Vaşinqton saxlanılan əsgərin taleyini və Şimali Koreyaya niyə qaçdığını öyrənməyə çalışır.
Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığı ABŞ əsgərinin Cənubi və Şimali Koreya arasında yerləşən sərhəd kəndinə səfəri zamanı icazəsiz şəkildə sərhədi keçdiyini açıqlayıb.
ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, ABŞ hərbçisi hazırda Şimali Koreyada həbsdə saxlaınılır.
ABŞ rəsmiləri hadisənin Şimali Koreya tərəfindən təbliğat məqsədilə istifadə edilə biləcəyindən ehtiyat edirlər.
Follow @7timesaz