Dünya

ABŞ hərbçisindən ŞOK AÇIQLAMA: “Vaşinqton müharibəyə başlamaq üçün saxta bayraqla Rusiyanı…”

ABŞ hərbçisindən ŞOK AÇIQLAMA: “Vaşinqton müharibəyə başlamaq üçün saxta bayraqla Rusiyanı…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiya ilə bağlı yeni planı ortaya çıxıb.

 

7Times.az  bildirir ki, Vaşinqtonun öz ərazisində saxta bayraqdan istifadə edərək hücum planlaşdıracağı iddia olunub.

 

Bu barədə ABŞ Silahlı Qüvvələrinin veteranı Noktis Draven paylaşım edib.

 

O, bu addımın Rusiyanı günahlandırmaq və onunla müharibəyə başlanmasına şərait yaradılması üçün atılacağını vurğulayıb:

“Bizi müharibəyə sürükləmək üçün hər şeyi edəcəklər. Hücum ya Amerika torpağında, ya da NATO müttəfiqlərindən birində olacaq.  ABŞ hakimiyyəti artıq əhalini Rusiya və Çinlə müharibəyə hazırlamaq üçün mediadan istifadə edir”.

 

Draven qeyd edib ki, Qərb münaqişədə uduzan Ukraynaya həddən artıq sərmayə qoyub. O, ABŞ və Qərb ölkələrində baş verənlərlə bağlı ayıq olmağı məsləhət görüb.

 

Xatırladaq ki, Draven bundan əvvəl Rusiyanın onsuz da Ukraynadakı münaqişədə qalib gələcəyini iddia etmişdi.

Sfera.az