ABŞ-ın ən böyük polis idarəsinə tarixdə ilk dəfə qadın rəhbərlik edəcək – FOTO

ABŞ-ın ən böyük polis idarəsinə tarixdə ilk dəfə qadın rəhbərlik edəcək – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afroamerikalı Kişant Syuel Nyu-York şəhərinin Polis Departamentinə rəhbərlik edəcək.

Beləliklə, ilk dəfə olaraq şəhərdə hüquq-mühafizə orqanlarına qadın rəhbərlik edəcək.

Bildirilir ki, Syuelin namizədliyini Nyu-Yorkun seçilmiş meri, özü 22 il meqapolis polisində çalışmış Erik Adams təsdiqləyib.

Öz növbəsində, 49 yaşlı yeni polis rəisi bildirib ki, bu təyinata və onun tarixi əhəmiyyətinə çox ciddi yanaşır.

25 ildir hüquq-mühafizə orqanlarında çalışan Syuel 52 min nəfərlik ştatda ölkənin ən böyük polis idarəsinə rəhbərlik etməli olacaq.