ABŞ-ın 60-cı Dövlət katibi Corc Şults 101 yaşında dünyasını dəyişib.
7times.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş dövlət katibi Kaliforniya ştatında həyatla vidalaşıb.
Şults Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb. O həmçinin, Stenford ali biznes mərkəzinin fəxri professoru olub.
Şults ABŞ tarixində ən nüfuzlu dövlət katiblərindən biri olub. O, Reyqanla birlikdə “soyuq müharibə”nin başa çatmasında böyük rol oynayıb.qafqazinfo
Follow @7timesaz