Dünya

ABŞ-ın koronavirus peyvəndi 3-4 həftəyə hazır olacaq – Tramp açıqladı

ABŞ-ın koronavirus peyvəndi 3-4 həftəyə hazır olacaq – Tramp açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) COVID-19 peyvəndi bir neçə həftə sonra hazır ola bilər”. 

7times.az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC telekanalına bildirib.

“Ola bilsin, əvvəlki administrasiyaya peyvəndi almaq üçün illər lazım gələrdi. Amma onu almaq üçün bizim bir neçə həftəmiz qaldı. Bu, üç-dörd həftə ola bilər”, – o deyib.

“Bizim çox gözəl şirkətlərimiz var və onlar (peyvəndin alınmasına-red) çox, çox yaxındır”, – Tramp əlavə edib.

Birləşmiş Ştatlar hökuməti daha əvvəl İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca”ya peyvəndin hazırlanması üçün 1,2 milyard ABŞ dolları ayırıb, bundan əlavə, Vaşinqton rəhbərliyi Amerikanın “Moderna” biotexnologiya şirkətinə 486 milyon ABŞ dolları və “Johnson & Johnson“ əczaçılıq şirkətinə 456 milyon ABŞ dolları ayırıb.

“Merck” və “Pfizer” də eyni vaxtda ABŞ-da koronavirus peyvəndi hazırlayırlar. Ağ Evin məlumatlna görə, ölkə rəhbərliyi bu layihələrə ümumilikdə 12 milyard ABŞ dolları sərmayə qoyub.