Dünya

ABŞ-ın müdafiə naziri: “Rusiya qaydalara əsaslanan dünya nizamını məhv edir”

ABŞ-ın müdafiə naziri: “Rusiya qaydalara əsaslanan dünya nizamını məhv edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə və dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyəti qüvvələri birləşdirməyə çağırıb.

“Report” “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” adlı Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi hadisələr zalımlar hamımızı qoruyan qaydalara məhəl qoymayanda baş verir. Böyük dövlətlər öz imperiya iştahlarının sülhsevər qonşularının hüquqlarından daha vacib olduğuna qərar verdikdə məhz belə olur”, – L.Ostin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya qaydalara əsaslanan dünya nizamını məhv edir: “Buna müdaxilə edilməsə, bu, xaos və nizamsızlığın olduğu dünyanın formalaşmasına gətirib çıxaracaq”.